16 noyabr 2018 19:25

Səfirlik əməkdaşı bank layihəsini - DƏYƏRLƏNDİRDİ


AccessBank-ın Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) ilə birgə reallaşdırdığı "UNEC Business Conversation Club" layihəsinin növbəti sessiyası bankın Təlim mərkəzində keçirilib.
 
ELƏCƏ DƏ BAX: "Azercell" pulsuz ingilis dili kursu keçirdir

 
İngilis dilinin biznes istiqamətinin tədrisini nəzərdə tutan layihənin budəfəki qonağı ABŞ-ın Azərbaycandakı səfirliyinin İctimai əlaqələr bölməsinin rəhbəri Mişel Petersen (Michele Petersen) olub.
 
Qonaq tələbələr qarşısında təqdimatla çıxış edib. O, gənclər, xüsusilə də tələbələr üçün nəzərdə tutulmuş və səfirliyin təşkil etdiyi təhsil və təcrübə proqramlarından danışıb. İnteraktiv şəkildə keçən təqdimat tələbələr tərəfindən böyük maraqla qarşılanıb. Diplomat tələbələri maraqlandıran sualları ətraflı cavablandırıb.
 
M. Petersen "UNEC Business Conversation Club" layihəsini yüksək dəyərləndirib: "Layihə iştirakçısı olan tələbələrin bilik səviyyəsi, xüsusilə ingilis dilinə yiyələnmələri məni çox sevindirdi. Onların parlaq gələcəyinə inanıram! Bu gözəl təşəbbüsə görə, AccessBank-a təşəkkür etmək istərdim".
 
Qeyd edək ki, əldə olunan razılaşmaya əsasən, səfirliyin digər departamentlərinin nümayəndələri də layihənin növbəti sessiyalarında iştirak edəcəklər.

Paylaş

Şərhlər

Şərh yoxdur

Cavab yaz