16 noyabr 2018 19:24

Nazirliyin kollegiyasının tərkibi – TƏSDİQLƏNDİ

Prezident İlham Əliyev “Azərbaycan Respublikası Vergilər Nazirliyi kollegiyasının tərkibinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 29 mart tarixli 665 nömrəli sərəncamında dəyişiklik edilməsi barədə” sərəncam imzalayıb.
 
ELƏCƏ ƏD BAX: Prezident Dövlət Proqramını – TƏSDİQLƏDİ
 
FED.az-ın məlumatına görə, sərəncamla Vergilər Nazirliyi kollegiyasının aşağıdakı tərkibi təsdiq edilib:
 
Kollegiyanın sədri
 
Azərbaycan Respublikasının vergilər naziri
 
Kollegiyanın üzvləri
 
Azərbaycan Respublikası vergilər nazirinin birinci müavini
 
Azərbaycan Respublikası vergilər nazirinin müavinləri
 
Naxçıvan Muxtar Respublikasının vergilər naziri
 
Azərbaycan Respublikası Vergilər Nazirliyinin Vergi siyasəti departamentinin baş direktoru
 
Azərbaycan Respublikası Vergilər Nazirliyinin İqtisadi təhlil və ekspertiza departamentinin baş direktoru
 
Azərbaycan Respublikasının Vergilər Nazirliyi yanında Milli gəlirlər departamentinin baş direktoru.

Paylaş

Şərhlər

Şərh yoxdur

Cavab yaz