16 noyabr 2018 12:04

Növbəti depozit hərracı elan edildi - MƏBLƏĞ

Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən vəsaitlərin cəlb edilməsi üzrə növbəti depozit hərracı elan edilib.

FED.az xəbər ki, 19 Noyabr 2018-ci il il tarixində keçiriləcək hərrac ilə 350 milyon manat cəlb edilməsi nəzərdə tutulur.  

Müddət 14 gün, faiz dərəcəsi 7,76% - 9,74% aralığında müəyyən olunub.

12.11.2018-ci il tarixində Mərkəzi Bank tərəfindən vəsaitlərin cəlb edilməsi üzrə keçirilmiş növbəti depozit hərracında tələb 1 milyard 232,5 milyon manat, hərracın nəticəsində bağlanılmış depozit əqdləri üzrə orta ölçülmüş faiz dərəcəsi isə 7,76% təşkil etmişdi.

Mərkəzi Bank depozit hərracı və not emissiyaları ilə banklardakı izafi manat kütləsini yığır. 

Paylaş

Şərhlər

Şərh yoxdur

Cavab yaz