16 noyabr 2018 11:25

Əmək pensiyaları yeni qaydayla - HESABLANACAQ

Azərbaycanda əmək pensiyalarının hesablanması qaydası ilə bağlı qanunvericiliyə dəyişiklik edilir.

FED.az xəbər verir ki, söhbət “Əmək pensiyaları haqqında” edilən dəyişikliklərdən gedir.

“Əmək pensiyaları haqqında” qanunun yenilənmiş 22.1-ci maddəsində (22-1.1) qeyd olunur ki, 2019-cu ilin yanvarın 1-dən etibarən sığortaolunanın əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixində qeydə alınmış pensiya kapitalı olduqda, 2006-cı ilin yanvarın 1-dək olan sığorta stajı mövcud qanunun 22-1.2 maddəsinə uyğun olaraq hesablanacaq.

Həmçinin, 22-1.2.1-ci maddədə göstərilir ki, 2019-20-ci illərdə bu qanun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinə çatmış sığortaolunana yaşa görə əmək pensiyası təyin edilərkən, onun 2006-cı ilin yanvarın 1-dək olan sığorta stajı 25 il, 2021-ci ildən etibarən isə hər təqvim ili üçün bir il azaldılmaqla hesablancaq.

22-1.2.2-ci maddədə isə qeyd edilir ki, əlilliyi müəyyən edilmiş şəxsə əməyə görə əmək pensiyası təyin edilərkən, onun 2006-cı ilin yanvarın 1-dək olan sığorta stajı həmin dövrə olan əmək qabiliyyətli yaş dövrünün hər ili üçün 4 ay götürülməklə hesablanacaq.

22.1.2.3-cü maddəyə gəlincə, təklif edilir ki, ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilərkən, pensiyaçı olmayan vəfat etmiş şəxsin 2006-cı ilin yanvarın 1-dək olan sığorta stajı mövcud qanunun 22-1.2.2.-ci maddəsinə uyğun şəkildə hesablanacaq.

Paylaş
Mənbə

Şərhlər

Şərh yoxdur

Cavab yaz