08 dekabr 2016 20:05

2018-ci ilədək Azərbaycanda 4 dərman istehsalı zavodu olacaq

2018-ci ilədək Azərbaycanda artıq 4 dərman istehsalı zavodu fəaliyyət göstərəcək.

Bunu iqtisadiyyat naziri Şahin Mustafayev Bakıda Azərbaycan Beynəlxalq investisiya konfransında deyib.

Nazir bu yaxınlarda Azərbaycan-Rusiya birgə əczaçılıq zavodunun təməlqoyma mərasiminin keçirildiyini xatırladıb:

"Həmçinin bu ay İranla birgə əczaçılıq zavodunun təməlini qoyacağıq. Bundan başqa, hazırda biz daha iki oxşar layihəni nəzərdən keçiririk".

Paylaş

Şərhlər

Şərh yoxdur

Cavab yaz

Xəbərlərə abunə ol

Xəbərlərə abunə ol və bizim eksklüziv təkliflərimiz emailinizə göndərilsin