Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda fəaliyyət göstərən 30 bankdan 9-u əməliyyat mənfəəti əldə etməyib.
FED.az xəbər verir ki, bunlar Pakistan Milli Bankının Bakı filialı, "Azər-Türk Bank", "Atabank", "AGBank", "Unibank", "Amrah Bank", "Bank VTB Azərbaycan", "Bank of Baku" və "Access Bank"dır. Əməliyyat zərərinin ən yüksək həddi "Access Bank"da (25,667 milyon manat), ən aşağı həddi isə Pakistan Milli Bankının Bakı filialında (70 min manat) qeydə alınıb.
Qalan 21 bank isə ilin ilk 9 ayından əməliyyat mənfəəti ilə çıxıb. Bu baxımdan ən yüksək göstərici "Azərbaycan Beynəlxalq Bankı"ında (216,561 milyon manat), ən aşağı göstərici isə "Turan Bank"da (697 min manat) olub.