13 noyabr 2018 21:31

Yollarda qaydaların pozulmasına görə - 60 MİLYONLUQ CƏRİMƏ

Bu ilin yanvar-sentyabr aylarında yol hərəkəti qaydaları əleyhinə aşkarlanmış inzibati xətaların sayı 2017-ci ilin müvafiq dövrünə nisbətən 4,9 faiz artaraq 2635,4 min olub.
 
ELƏCƏ DƏ BAX: 400 minlik dələduzluq edən məhkəmədə – HƏBS EDİLDİ
 
Dövlət Statistika Komitəsindən FED.az-a verilən məlumata görə, xətaların 51,5 faizi yolda müəyyən edilmiş hərəkət sürəti həddinin aşılması (ötən ilin müvafiq dövrü ilə müqayisədə 3,8 faiz çox), 13,3 faizi yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsi (60,7 faiz çox), 10,3 faizi dayanma və ya durma qaydalarının pozulması (6,1 faiz çox), 10,5 faizi svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsi (12,4 faiz çox), 3,8 faizi icbari sığorta müqaviləsinin bağlanmaması (19,1 faiz az), 3,1 faizi təhlükəsizlik kəmərini bağlamadan nəqliyyat vasitəsinin idarə olunması (17,9 faiz az), qalan hissəsi isə digər səbəblər üzrə aşkarlanıb.

Qaydaların pozulmasına görə 58,7 milyon manat məbləğində cərimələr tətbiq edilib.
 

Paylaş

Şərhlər

Şərh yoxdur

Cavab yaz