09 noyabr 2018 21:00

Xaricdən mal gətirmək limiti 500 dollara qədər – AZALDILDI

Gələn il yanvarın 1-dən etibarən Avrasiya İqtisadi İttifaqına (Aİİ) daxil olan ölkələrin vətəndaşları şəxsi istifadə üçün dəyəri 500 avro, çəkisi isə 25 kiloqramdan çox olmayan malları Aİİ-nin ümumi gömrük ərazisinə idxal edə bilərlər.
 
ELƏCƏ DƏ BAX: Balıq alarkən nəyə diqqət etməli?
 

FED.az-ın Qırğızıstan mətbuatına istinadən verdiyi məlumata görə, bu barədə Avrasiya İqtisadi Komissiyasının Şurası qərar qəbul edib.
 
Hazırda xaricdən malların idxal limiti 1500 avrodan 50 kiloqrama qədərdir. Qərar rəsmi dərc olunduqdan 10 gün sonra qüvvəyə minir.
 
Bundan əvvəl bu limitin  2021-ci il yanvarın 1-ə qədər tədricən tətbiq olunması planlaşdırılırdı.
 
Qeyd edək ki, Aİİ-nin Gömrük Məcəlləsinə əsasən, İttifaqa üzv dövlətlər yalnız öz ərazilərinə gömrüksüz malların idxalı üzrə normativləri sərtləşdirə bilərlər. 

Paylaş

Şərhlər

Şərh yoxdur

Cavab yaz