09 noyabr 2018 20:39

Bu şirkətdə 7 min nəfər – İŞDƏN ÇIXARILACAQ

Yaponiyanın 143 illik tarixə malik texnologiya nəhəngi "Toşiba" (Toshiba) yenidənqurma çərçivəsində bir çox aktivlərini satacağını və 7 min nəfəri işdən çıxaracağını açıqlayıb.
 
FED.az-ın məlumatına görə, bu açıqlamadan sonra şirkətin səhmləri 13%-ə yaxın bahalaşıb.
 
ELƏCƏ DƏ BAX: İnstaqramın işində - PROBLEM YARANDI

 
Şirkət verdiyi açıqlamada, İngiltərədəki nüvə enerjisi və ABŞ-da mayeləşdirilmiş təbii qaz (LNG) obyektini satacağını bildirib.Həmçinin açıqlamada, beş il davam edəcək yenidənqurma çərçivəsində 7 min insanın işdən azad olunacağı qeyd edilib.Açıqlamanın investorlar arasında şirkətə qarşı etimadı artırmasının təsirilə Toşiba səhmlər 13% dəyər qazanıb.

 

Paylaş
Mənbə

Şərhlər

Şərh yoxdur

Cavab yaz