09 noyabr 2018 20:37

Xoşbəxtlik pulda deyil – SÜBUT OLUNDU

Mütəxəssislər araşdırmalar nəticəsində fikir ayrılığına son qoyub.
 
FED.az-ın məlumatına görə, belçikalı elm adamlarının apardıqları araşdırmalar göstərib ki, yüksək gəliri olan şəxslər ortalama gəliri olan şəxslərlə müqayisədə xoşbəxt olmurlar.

ELƏCƏ DƏ BAX: Real həyatdakı casuslar: 6 casusla - MÜSAHİBƏ
 
Belə ki, 4 il davam edən araşdırmalar göstərib ki, çox pul özü ilə stress və yalnızlığı gətirir. Bu cür insanlar daim daha çox qazanmaq niyyətində olduğundan doyumsuzluq hissi onları rahat buraxmır.
 
Amma aylıq gəliri ortalamanın altında olan şəxslər haqda da “xoşbəxtdirlər” demək doğru deyil. Çünki bu kimi insanlar da “necə pul qazana bilərəm?”, deyə özlərini daim yorurlar. Bu müddətdə də həyat su kimi axıb gedir.
 
kommersant.az

Paylaş

Şərhlər

Şərh yoxdur

Cavab yaz