09 noyabr 2018 20:14

Türkiyəyə aviabiletlər – BAHALAŞACAQ  

2019-cu ildə Türkiyəyə aviabiletlərin qiymətində 30-50% bahalaşma ola bilər.
 
FED.az-ın məlumatına görə, bunu Rusiya Tur Operatorları Assosiasiyasının (ATOR) icraçı direktoru Maya Lomidze bildirib.
 
ELƏCƏ DƏ BAX: Türkiyədə benzin – UCUZLAŞIR
 
M. Lomidze  deyib ki, bahalaşma rusiyalı turistlərin Türkiyəyə axınının artması ilə bağlıdır: "Bu yay rusların Türkiyə istirahət məkanlarına rekord axını qeydə alınıb. Türkiyə hökuməti növbəti il də böyük gəlir əldə etmək istəyəcək. Bu baxımdan qiymətlərdə artım gözlənilir.
 
Xatırladaq ki, bu ilin oktyabrında Rusiya Tur Operatorları Assosiasiyası məlumat yaymışdı ki, Türkiyəyə olan turların qiymətinin bahalaşması avroya görə olacaq. Lakin bu, turpaketlərin qiymətinə ciddi şəkildə təsir göstərməyəcək.

kommersant.az

Paylaş

Şərhlər

Şərh yoxdur

Cavab yaz