09 noyabr 2018 19:29

160 ailəyə mal-qara – VERİLDİ  

Son bir ayda artıq 37 rayon üzrə 800-ə yaxın proqram iştirakçısının kiçik ailə təsərrüfatları qurulub.
 
ELƏCƏ DƏ BAX: Məhsul itkiyə gedir, nazirliyə müraciət etmişik – İCRA BAŞÇISI
 

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən FED.az-a verilən məlumata görə, Qəbələ, Laçın, Qax, Tərtər, Biləsuvar, Şamaxı, Kürdəmir üzrə 160 proqram iştirakçısı mal və materiallarla təmin edilib.
 
Onların bir hissəsini məcburi köçkün və şəhid, habelə aztəminatlı, çoxuşaqlı, ünvanlı dövlət sosial yardımı alan ailələrin üzvləri, əlillliyi olanlar, sağlamlıq imkanları məhdud uşağı olan valideynlər, penitensiar müəssisələrdə cəza çəkməkdən azad olunanlar təşkil edib.
 
Mal və materiallarla təmin olunanların böyük əksəriyyəti biznes-planlarına uyğun şəkildə heyvandarlıqla məşğul olmaq üçün iri və kiçikbuynuzlu mal-qara ilə təmin edilib. Həmçinin bir qisminə arıçılıqla məşğul olmaq üçün arı ailələri və lazımi materiallar, avadanlıqlar verilib.
 
Digər iştirakçılar isə müvafiq materiallar təqdim edilməklə müxtəlif xidmət sahələri üzə kiçik ailə bizneslərini formalaşdırıblar. Yaradılan fərdi təsərrüfatlar ailə əməyinə əsaslanmaqla, əmək qabiliyyətli ailə üzvlərinin özünüməşğulluğuna, öz zəhmətləri ilə gəlirlərini artırmalarına şərait yaradıb.
 
Qeyd edək ki, ümumilikdə, cari il oktyabrın 11-dən proqram çərçivəsində aktivlərin verilməsinə başlanılıb. Ötən bir ay ərzində verilmiş artıq 800-ə yaxın işsiz və işaxtaran şəxsin fərdi təsərrüfatlarının qurulması təmin olunub.
 
Proses davam etdirilir.

Paylaş

Şərhlər

Şərh yoxdur

Cavab yaz