09 noyabr 2018 19:26

Kripotvalyutaların dəyəri - AZALIB


"Bitcoin" son 1 gündə 1,17% ucuzlaşaraq 6 403 dollar olub. Nəticədə kriptovalyutanın bazar dəyəri 111,216 mlrd. dollara düşüb.
FED.az-ın məlumatına görə, ilk yüzlükdə qərar tutan kriptovalyutaların 80%-i dəyər itirib. Rəqəmsal valyuta bazarının toplam həcmi 213,406 mlrd. dollara düşüb.

ELƏCƏ DƏ BAX: Maliyyə Nazirliyinin istiqrazları üzrə hərrac keçiriləcək

"Ethereum" son sutkada 1,51% azalıb və 210 dolların üzərində mübadilə edilir. “Ripple”ın məzənnəsi 1,48% ucuzlaşaraq 0,502dollara düşüb. Altkoinin bazar dəyəri 20,196 milyard dollar həddində qərarlaşıb. İlk onluqdan yalnız “Stellar” və "Tether" dəyər qazanıblar.
"СoinМarketСap"in Bakı vaxtı ilə saat 15.00-a olan məlumatları aşağıdakı kimidir.

 



finans.az

Paylaş

Şərhlər

Şərh yoxdur

Cavab yaz