09 noyabr 2018 11:23

Gömrükdən sahibkarlara: "Problemləri həll etməyə hazırıq" 

Dövlət Gömrük Komitəsinin Cənub Ərazi Baş Gömrük İdarəsində cənub zonasında kartofçuluqla məşğul olan bir qrup fermerlə görüş keçirilib.

Komitənin mətbuat və ictimaiyyətlə əlaqələr idarəsindən FED.az-a bildirilib ki, görüşdə çıxış edən Cənub Ərazi Baş Gömrük İdarəsinin rəisi Mirmahmud Miratayev ölkədə əlverişli biznes və investisiya mühiti yaradıldığını bildirib, xüsusilə kənd təsərrüfatı məhsullarının istehsalının və ixracının artırılması istiqamətində atılan addımlar barədə məlumat verib.
Eləcə də bax: Bir gömrük işçisi də qovuldu - 100 MANAT RÜŞVƏT ALIB

İdarə rəisi qeyd edib ki, son illər həyata keçirilən islahatlar, sahibkarlıq subyektlərinə müxtəlif sahələrdə edilən güzəştlər iqtisadiyyatımızın aparıcı qüvvəsi olan özəl sektorun daha da inkişafına münbit şərait yaradıb. Vurğulanıb ki, gömrük orqanlarında aparılan islahatlar mal və nəqliyyat vasitələrinin sərhədkeçmə vaxtının qısaldılmasına, şəffaflığın təmin olunmasına, idxal-ixrac əməliyyatlarının sürətli və maneəsiz şəkildə reallaşdırılmasına şərait yaradıb. Bu da sahibkarlıq mühitinin stimullaşdırılmasında mühüm rol oynayan amildir.
Eləcə də bax: Komitədən videolara reaksiya: "Həmin şəxs gömrükçü deyil"

Görüşdə fermerlərə gömrük rəsmiləşdirilməsi zamanı təqdim olunan sənədlərin qanunvericiliyə uyğun şəkildə tərtib edilməsi, gömrük ödənişlərinin vaxtında ödənilməsi tövsiyə olunub və bildirilib ki, gömrük orqanları hər zaman sahibkarların problem və təkliflərini dinləməyə, onların operativ şəkildə həll olunmasını təmin etməyə hazırdır.

Qarşılıqlı diskussiya şəraitində keçən görüşdə fermerlərin fikir və rəyləri dinlənilib, onları maraqlandıran suallar ətraflı cavablandırılıb.

Paylaş

Şərhlər

Şərh yoxdur

Cavab yaz