08 noyabr 2018 22:00

Smart qaz sayğaclarının balansını artırmağın – YENİ ÜSULU

"Azəriqaz" İstehsalat Birliyi smart kart qaz kartlarının balansının onlayn artırılması sisteminin tətbiqinə başlayıb.
 
FED.az-ın məlumatına görə, bunu "Azəriqaz" İstehsalat Birliyinin mətbuat xidmətinin rəhbəri İbrahim Kərbalayev bildirib.
 
ELƏCƏ DƏ BAX: Bu il qaz verilən binaların sayı – AÇIQLANDI 

 
İ. Kərbalayev deyib ki, hazırda smart kartların balansını kart-riderlər vasitəsilə onlayn qaydada artırmaq olur:
 
"Bununla yanaşı, mexaniki qaz sayğaclarından istifadə edən abonentlər "Azəriqaz" İstehsalat Birliyinin saytına daxil olmaqla onlayn qaydada borcunu ödəyə və öyrənə bilərlər. Abonentlər onlara təqdim edilən bildirişdə göstərilən abonent kodu vasitəsilə bu prosesi həyata keçirə bilirlər".

Paylaş
Mənbə

Şərhlər

Şərh yoxdur

Cavab yaz