08 noyabr 2018 21:01

Məhsul itkiyə gedir, nazirliyə müraciət etmişik – İCRA BAŞÇISI

Goranboy rayonunda meyvənin bir hissəsi itkiyə gedir.
 
FED.az-ın məlumatına görə, bunu Goranboy rayon İcra Hakimiyyətinin başçısı Nizaməddin Quliyev 2018-ci ilin 9 ayında rayonun sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrlə bağlı hesabat yığıncağında bildirib.
 
ELƏCƏ DƏ BAX: Cəbhə bölgəsindəki evlər təmir olunacaq  - SƏRƏNCAM
 
N. Quliyev deyib ki, rayonda meyvəçiliyin də potensialı böyükdür: “Hər il 20 min tonadək məhsul istehsal edilir. Etibarlı bazar olmadığına görə məhsulun bir hissəsi itkiyə gedir. Ona görə də biz meyvə qurutma sexinin tikintisi ilə bağlı İqtisadiyyat Nazirliyinə müraciət etmişik”.

Paylaş

Şərhlər

Şərh yoxdur

Cavab yaz