08 noyabr 2018 19:35

Məşhur avtomobilinin Bakıda satışı başladı – QİYMƏTLƏR

Azərbaycanda daha bir yolsuzluq (SUV, krossover) avtomobilinin satışına başlanılır.
 
FED.az-ın məlumatına görə, Volkswagen Touareg 2019 modeli satışa çıxarılıb
 
ELƏCƏ DƏ BAX: Azərbaycanda xidməti avtomobillərin sayı artdı
 
Artıq sifarişlər qəbul edilir. İlk avtomobil Bakıya noyabrın sonunda gələcək. 
 
Yeni Touareg 3 litrlik, 340 at gücündə benzin turbo-V6 mühərrik ilə təchiz edilir, yanacaq sərfiyatı: 
 
-Şəhər daxili – 11.5 L
 
-Şəhərdən kənar – 7.6 L
 
-Qarışıq – 9.1 L
 
  
QİYMƏTLƏR
 
Yeni avtomovil ucuz deyil. Volkswagen Bakı Mərkəzi modeli 3 komplektasiyada 3 qiymətə təklif edir: Avtomobilin ən ucuz versiyası olan R-line Status 115 min 450 manata, orta təchizatlı R-line Lux 135 min 850 manat, zəngin təchizatlı R-Line LUX Black Style isə 144 min 350 manat. 

Paylaş
Mənbə

Şərhlər

Şərh yoxdur

Cavab yaz