Daha bir neft ölkəsi itkiləri azaltmaq üçün istiqraz buraxacaq

Oman neft qiymətlərinin kəskin azalması fonunda yaranan büdcə kəsirini örtmək üçün beynəlxalq qiymətli kağızlar bazarında 1,5-2 mlrd. ABŞ dolları həcmində istiqraz yerləşdirməyə hazırlaşır. 

"RBC" saytinda verilən xəbərə görə, yerləşdirmənin dəqiq həcmi və müddəti barəsində hələ açıqlama verilmir.

Qeyd edək ki, bu ilin noyabr ayının sonunda "Times of Oman" qəzeti bildirib ki, ölkənin neft, neft məhsulları və maye qaz ixracından əldə etdiyi gəlir 2016-cı ilin ilk yarısında keçən ilin müvafiq dövrü ilə mübarizədə 36,3% azalaraq 2,62 mlrd. rial (6,8 mlrd. dollar) təşkil edib. Xatırladaq ki, bu ilin yanvar-sentyabr ayında Omanın büdcə kəsiri illik müqayisədə 55% artaraq 180,5 mln. riala (469 mln. dollar) bərabər olub.

Bundan əvvəl Səudiyyə Ərəbistanı da 2017-ci ildə büdcə kəsirinin örtülməsi məqsədilə "Saudi Aramco" neft şirkətinin səhmlərinin 5%-ni 17 mlrd. dollara satışa çıxaracağını açıqlayıb. 

Report©

Paylaş

Şərhlər

Şərh yoxdur

Cavab yaz

Xəbərlərə abunə ol

Xəbərlərə abunə ol və bizim eksklüziv təkliflərimiz emailinizə göndərilsin