AMB qısamüddətli notların yerləşdirilməsi üzrə növbəti ​hərrac keçirib

Mərkəzi Bank bu gün dekabrın 7-də Bakı Fond Birjasında ümumi həcmi - 75 milyon manat olan qısamüddətli notların yerləşdirilməsi  üzrə növbəti hərrac keçirib. BFB-dən verilən xəbərə görə, bir notun nominal dəyəri - 100 manat, tədavül müddəti – 29 gün olub. 

Hərrac zamanı 2 investor 2 sifariş təqdim edib. Sifarişlərin nominal üzrə ümumi məbləği 3,237,000.00 manat təşkil edib. Sifarişlər 98.8400 manat (14.5690%) və 98.8800 manat (14.0609%) qiymət intervalında təqdim edilib.

Notların nominal üzrə reallaşdırılmış həcmi  3,237,000.00 manat məbləğində müəyyən edilib.

Paylaş

Şərhlər

Şərh yoxdur

Cavab yaz

Xəbərlərə abunə ol

Xəbərlərə abunə ol və bizim eksklüziv təkliflərimiz emailinizə göndərilsin