08 noyabr 2018 10:42

“AGBank”ın səhmləri ticarətə buraxıldı

 “AGBank” ASC-nin səhmləri “Bakı Fond Birjası” QSC-də (BFB) listinqə daxil edilib.

FED.az BFB-yə istinadən xəbər verir ki, qiymətli kağızların ticarət 13-22noyabr tarixlərində həyata keçiriləcək.

Ticarətə hər birinin nominl dəyəri 2 manat olan 2,9 milyon ədəd səhm buraxılacaq. Prosesin yekununda “AGBank”ın nizamnamə kapitalı 5,8milyon manat və yaxud 5,6% artaraq 103,4 milyon manatdan 109,2milyon manata çatmalıdır.

6 Noyabr 2018-ci il tarixindən etibarən Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə “AG Bank” ASC-nin qiymətli kağızları BFB-də listinqə daxil edilmişdir:
 

Döv. Qeyd. nömrəsi Q/k növü və forması Ticarətə buraxılan qiymətli kağızların sayı Q/k-ın yerləşdirməyə başlanması və bitməsi tarixləri Q/k-ın ilkin ticarət qiyməti
1 AZ1001000970 Sənədsiz adlı adi səhm  
2 900 000
(ədəd)
13.11.2018 -  22.11.2018 2.00 AZN

  



Səhmlərin yerləşdirməsi üzrə anderrayter “Unicapital İnvestisiya şirkəti” QSC-dir. Ticarətdə iştirak etməkdə maraqlı olan şəxslər birja üzvü olan digər investisiya şirkətlərinə də müraciət edə bilərlər. 

FED.az-ın «Birja» xəbərlərini Azərbaycanın aparıcı investisiya şirkəti olan PSG-Kapital Investisiya şirkəti təqdim edir

Paylaş

Şərhlər

Şərh yoxdur

Cavab yaz