08 noyabr 2018 09:49

Bitcoin ucuzlaşıb – QİYMƏT

Son bir sutka ərzində, dünyanın əsas kriptovalyutası sayılan Bitcoinin qiyməti azalıb.

FED.az xəbər verir ki, Bitcoinin qiyməti   bu gün 0,57%  azalaraq  6 492 dollar  olub.

Eyni zamanda Etherum və  Bitcoin Cash da dəyər itirib.

Belə ki, Bitcoin cash 4,55% azalaraq 588 dollar, Etherum  da 1,84% azalaraq 214 dollar təşkil edib..

Ümumilikdə isə bazar dəyərinə görə dünyanın 100 əsas kriptovalyutasından 24-ü  bahalaşıb qalan 76- ı isə ucuzlaşıb.

Hazırda kriptovalyuta bazarının ümumi dəyəri 216 472 222 278 $ -dır.
 
FED.az-ın «Birja» xəbərlərini Azərbaycanın aparıcı investisiya şirkəti olan PSG-Kapital Investisiya şirkəti təqdim edir
 

 

Paylaş

Şərhlər

Şərh yoxdur

Cavab yaz