08 noyabr 2018 09:10

Azərbaycanda xidməti avtomobillərin sayı artdı

Nazirlər Kabineti “Azərbaycan Respublikasında dövlət büdcəsindən maliyyələşən idarə, müəssisə və təşkilatlarda nəqliyyat vasitələrindən istifadə qaydalarının təkmilləşdirilməsi haqqında” 2011-ci il 18 iyul tarixli 120 nömrəli qərara dəyişiklik edib.

FED.az xəbər verir ki, bu barədə qərarı baş nazir Novruz Məmmədov imzalayıb.

Nazirlər Kabinetinin 2011-ci il 18 iyul tarixli qərarla təsdiq edilmiş 2 nömrəli əlavə - “Azərbaycan Respublikasının mərkəzi icra hakimiyyəti və məhkəmə orqanlarının aparatları (hərbi qurumlar, dövlət təhlükəsizliyi, xarici kəşfiyyat xidmətləri, hüquq-mühafizə və prokurorluq orqanları, rayon (şəhər) məhkəmələri istisna olmaqla), mərkəzi icra hakimiyyəti orqanlarının yerli bölmələri, onların yanında, tabeliyində olan orqanlar, mərkəzi icra hakimiyyəti orqanlarının yanında yaradılan dövlət agentliklərinin, dövlət xidmətlərinin aparatları və onların yerli bölmələri üçün xidməti minik avtomobillərinin say həddi (limiti)”nin cədvəlinin 21-ci hissəsinin “cəmi” sütununda “14” rəqəmləri “20” rəqəmləri ilə, “ərazi və yerli bölmələr üzrə” sütununda isə “9” rəqəmi “15” rəqəmlərlə əvəzlənib. 

Paylaş

Şərhlər

Şərh yoxdur

Cavab yaz