08 noyabr 2018 08:56

Azərbaycanda 14 bankın faiz xərcləri artıb - SİYAHI

Azərbaycanda fəaliyyət göstərən 30 bankdan 14-nün bu ilin yanvar-iyun aylarındakı faiz xərcləri ötən ilin eyni dövrünə nisbətən çox olub. 

FED.az xəbər verir ki, bunlar İran Milli Bankının Bakı filialı, "NBC Bank", "Naxçıvan Bank", "Muğan Bank", "Express Bank", "Zıraat Bank Azərbaycan", "Azər-Türk Bank", "Atabank", "Bank Silk Vey", "Günay Bank", "Bank BTB", "Turan Bank", "Azərbaycan Sənaye Bankı" və "AFB Bank"dır. Ən yüksək dinamika İran Milli Bankının Bakı filialında (2,2 dəfə), ən aşağı dinamika isə "AFB Bank"da (0,1%) qeydə alınıb.

1 bankın - Pakistan Milli Bankının Bakı filialının faiz xərcləri demək olar ki, dəyişməyib.

Qalan 15 bankın isə faiz xərcləri azalıb. Ən çox azalma "Azərbaycan Beynəlxalq Bankı"ında (67%), ən az azalma isə "Amrah Bank"da (0,3%) qeydə alınıb.

Paylaş
Mənbə

Şərhlər

Şərh yoxdur

Cavab yaz