08 noyabr 2018 02:54

Toyuq və şirələrin idxal gömrük rüsumlarının müddəti - UZADILDI 

Azərbaycana idxal edilən toyuq ətinin (hissələrə ayrılmamış, təzə və ya soyudulmuş, hissələrə ayrılmamış, dondurulmuş, sümüklü, sümüksüz cəmdək hissələri, döş əti və onun parçaları, dondurulmuş cəmdək hissələri və ətin əlavə məhsulları) 1 kiloqramı üçün tətbiq edilən 1 dollar idxal gömrük rüsumunun müddəti 2019-cu il dekabrın 15-dək uzadılıb
 
ELƏCƏ DƏ BAX: Ərəb ölkələrinə toyuq ixrac edəcəyik

FED.az-ın məlumatına görə, Nazirlər Kabineti bununla bağlı “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə dəyişikliklər edib.
 
Bu müddət bu il noyabrın 1-də başa çatırdı.
 
İdxal edilən ev toyuqlarının və digər ev quşlarının 1000 ədədinə tətbiq edilən 100 dollar idxal gömrük rüsumunun bu il noyabrın 1-də bitən müddəti də  2019-cu il dekabrın 15-dək uzadılıb
 
Ölkəyə idxal edilən təzə və ya soyudulmuş tomatın 1 kiloqramına tətbiq edilən 0,8 dollar, soğanın 1 kiloqramına tətbiq edilən 0,6 dollar, xiyar və  kornişonlar 1 kiloqramına tətbiq edilən 0,8 dollar, qabıqlı və qabığı təmizlənmiş meşə fındığının 1 kiloqramına tətbiq edilən 1,5 dollar, təzə və ya qurudulmuş üzümün 1 kiloqramına tətbiq edilən 0,4 dollar, alma, armud və xurmanın 1 kiloqramına tətbiq edilən 0,3 dollar, portağal şirələri (dondurulmamış, briks ədədi 20-dən çox olmayan, briks ədədi 20-dən çox olmayan ),  limon şirəsi, tomat şirəsi, üzüm şirəsi və alma şirəsinin, o cümlədən meyvə və tərəvəz şirələri əsasında içkilərin 1 litri 0,7 dollardan az olmamaq şərtilə tətbiq edilən 15 faiz idxal gömrük rüsumunun bu il noyabrın 1-də bitən müddəti də  2019-cu il dekabrın 15-dək uzadılıb.

Paylaş

Şərhlər

Şərh yoxdur

Cavab yaz