07 noyabr 2018 21:23

ABŞ-da seçkilər dolları – UCUZLAŞDIRDI


ABŞ Konqresinə keçirilən aralıq seçkilər fonunda dollar ucuzlaşır.
 
FED.az-ın “finanz.ru”-ya istinadən verdiyi məlumata görə, ötən gün keçirilən aralıq seçkilər zamanı Senatın 100 üzvündən 35-i, Nümayəndələr Palatasındakı 435 konqresmenin hamısı, 39 ştat və ərazi valisi, ştat qanunverici məclislərinin 6073 üzvü, məktəb dairələrinin hakimləri və şura üzvləri seçilib.
 
ELƏCƏ DƏ BAX: Qızıl və gümüş – UCUZLAŞDI
 
Seçkilər nəticəsində Demokratlar Partiyası Nümayəndələr Palatasında 22 yer qazanaraq 2010-cu ildən sonra ilk dəfə üstünlüyə yiyələnib, Respublikaçılar Partiyası isə Senatdakı üstünlüyünü daha da artırıb. Bununla da ABŞ prezidenti Donald Tramp və respublikaçılar Nümayəndələr Palatasına nəzarəti itirib.
 
Seçkinin nəticələri məlum olandan sonra dollar ucuzlaşmağa başlayıb. Bu gün dollar avro qarşısında 0,55 faiz, Yaponiya yeni qarşısında 0,2 faiz, Britaniya funtu qarşısında 0,44 faiz ucuzlaşıb. ABŞ-ın 6 əsas ticarət tərəfdaşı olan ölkədə dollar 0,55 faiz ucuzlaşıb. Moskva Birjasında dollar rubl qarşısında da 13 qəpik ucuzlaşıb.

Paylaş

Şərhlər

Şərh yoxdur

Cavab yaz