07 noyabr 2018 20:26

Astarada düyü istehsalı azalıb – SƏBƏB

Bu il Astarada düyü istehsalı azalıb.
 
FED.az-ın məlumatına görə, bunu Astara rayon İcra Hakimiyyəti başçısının müavini İlqar Malıyev bildirib.
 
Eləcə də bax: Cəmi 30 sot bağı var, xaricə məhsul göndərir
 

İ. Malıyev deyib ki, bu il Astarada əkilən çəltik sahələrini "qara yel" vurub:
 

"Ötən il Astarada 448 min hektar sahədə düyü əkilib. Nəticədə 1802 ton düyü istehsal olunub. Bu il isə 450 min hektar çəltik sahəsi əkilməsinə baxmayaraq, həmin sahədən cəmi 1660 ton düyü istehsal olunub. Bu il məhsuldarlığın az olmasına səbəb havaların quraqlıq keçməsi və çəltik sahələrini "qara yel" vurmasıdır. Ona görə də, bu il ötən ilə nisbətən 200 ton az məhsul əldə edilib".

Paylaş
Mənbə

Şərhlər

Şərh yoxdur

Cavab yaz