07 noyabr 2018 19:09

Türkiyədə azərbaycanlı qaçaqmalçı – CƏRİMƏLƏNDİ

Türkiyənin Iğdır-Kağızman-Ərzurum magistral yolu ilə hərəkət edən sərnişin avtobusunda aparılan araşdırlmalar zamanı qaçaq yolla daşıınan spirtli içki və siqaret ələ keçirilib.
 
ELƏCƏ DƏ BAX: Bir gömrük işçisi də qovuldu - 100 MANAT RÜŞVƏT ALIB
 
FED.az-ın məlumatına görə, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
 
Avtobusun sərnişini, Azərbaycan əsilli İ.M-yə aid çamadan və çantalarda 380 paket siqaret,16 şüşə araq tapılıb.
 
Malları müsadirə olunan azərbaycanlı sərnişin polis tərəfindən saxlanılıb.
 
Araşdırmalardan sonra Azərbaycan vətəndaşına 6072 lirə məbləğində cərimə yazılıb.
 
İ.M. sənədləşdirmə işləri başa çatdıqdan sonra sərbəst buraxılıb.

Paylaş
Mənbə

Şərhlər

Şərh yoxdur

Cavab yaz