07 noyabr 2018 17:38

Notlara böyük tələb

7 Noyabr 2018-ci il tarixində Bakı Fond Birjasında Azərbaycan Respublikasının Mərkəzi Bankının (AMB) 50103720S dövlət qeydiyyat nömrəli, 300 milyon manat həcmində, 28 gün tədavül müddətli qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilmişdir.

FED.az xəbər verir ki, hərrac zamanı 16 investor tərəfindən qiyməti 99.4004 AZN (7.76%) ilə 99.4004 AZN (7.76%) arasında olan 24 sifariş təqdim edilmişdir. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 1 milyard 214  milyon 795 min  800 manat olmuşdur.

AMB-nin qərarına əsasən istiqrazların kəsmə qiyməti 99.4004 AZN (7.76%), orta ölçülmüş qiyməti 99.4004 AZN (7.76%) müəyyən edilmişdir. Hərrac nəticəsində istiqrazların yerləşdirilmiş həcmi 300 000 000, 00 AZN təşkil etmişdir.

Notların ödəmə tarixi 05.12.2018.  

FED.az-ın «Birja» xəbərlərini Azərbaycanın aparıcı investisiya şirkəti olan PSG-Kapital Investisiya şirkəti təqdim edir.

Paylaş

Şərhlər

Şərh yoxdur

Cavab yaz