07 noyabr 2018 15:38

Aktivlərinə görə dünyanın - ƏN BÖYÜK 10 BANKI

Hər il “S&P Global Market Intelligence” şirkəti aktivlərinə görə dünyanın ən böyük banklarının siyahısını açıqlayır. Digər illərdə olduğu kimi bu ilki siyahıda da Çin bankları ilk pillələrdə qərarlaşıb.

Ümumilikdə S&P Global siyahısına Asiya, Şimali Amerika və Avropa regionu üzrə aktivlərinin həcmi 1 trilyondan çox olan 28 bankı daxildir.

 

Qeyd edək ki, böyük pərakəndə əməliyyatlar icra edən banklar siyahıda üstünlük təşkil edir, bu deməkdir ki, Goldman Sachs və Morgan Stanley kimi tanınmış investisiya bankları və İsveçrənin transmilli investisiya bankı olan “UBS” 1 trilyonluq kvotaya çata bilməyib və müvafiq olaraq 35, 34 və 38 – ci yerlərdə qərarlaşıblar.

Ötən ilki çətin dövrü geridə qoyan Avropa bankları yenidən siyahıda yaxşı nəticələr əldə ediblər ki, bu da öz növbəsində avronun bahalaşması və güclü iqtisadi perspektivlərin sayəsindədir. Xatırladaq ki, iki illik fasilədən sonra 3 Avropa bankı siyahının ilk onluğunda özünə yer ala bilib.

 

Ümumən isə 11 Avropa bankı, 11 Asiya bankı və 6 Şimali Amerika bankı 1 trilyondan çox aktivlərə sahibdir.

Siyahının ilk onluğu ilə tanış olaq:

  1. Çin Sənaye və Kommersiya Bankı (Industrial & Commercial Bank of China), Çin – 4 trilyon dollar
  2. Çin Tikinti Bankı (China Construction Bank), Çin – 3.4 trilyon dollar
  3. Çin Kənd Təsərrüfatı Bankı (Agricultural Bank of China), Çin – 3.24 trilyon dollar
  4. Çin Bankı (Bank of China), Çin – 2.99 trilyon dollar
  5. Mitsubishi UFJ Financial, Yaponiya – 2.79 trilyon dollar
  6. JPMorgan Chase, ABŞ – 2.53 trilyon dollar
  7. HSBC Bankı, İngiltərə - 2.52 trilyon dollar
  8. BNP Paribas Bankı, Fransa – 2.36 trilyon dollar
  9. Amerika Bankı (Bank of America), ABŞ – 2.28 trilyon dollar
  10. Credit Agricole, Fransa – 2.12 trilyon dollar

Paylaş
Mənbə

Şərhlər

Şərh yoxdur

Cavab yaz