07 noyabr 2018 09:51

“Bitcoin Cash” kəskin bahalaşıb – QİYMƏT

Son bir sutka ərzində, dünyanın əsas kriptovalyutası sayılan Bitcoinin qiyməti artıb.

FED.az xəbər verir ki, Bitcoinin qiyməti   bu gün 1,67%  artaraq  6 533 dollar  olub.

Eyni zamanda Etherum və  Bitcoin Cash da dəyər qazanıb.

Belə ki, Bitcoin cash 10,42% artaraq 615 dollar, Etherum  da 4,38% artaraq 218 dollar təşkil edib.
Kriptovalyuta bazarında qiyməti ən çox artan kriptovalyuta “Mixin” ( 10,83% artaraq 155 dollar olub)  və “Bitcoin Cash” olub.

Ümumilikdə isə bazar dəyərinə görə dünyanın 100 əsas kriptovalyutasından 83-ü  bahalaşıb qalan 17- i isə ucuzlaşıb.

Hazırda kriptovalyuta bazarının ümumi dəyəri 219 512 724 927 $ -dır.
 
FED.az-ın «Birja» xəbərlərini Azərbaycanın aparıcı investisiya şirkəti olan PSG-Kapital Investisiya şirkəti təqdim edir
 

 

Paylaş

Şərhlər

Şərh yoxdur

Cavab yaz