07 noyabr 2018 09:50

Türkiyə birjası da «ÖZÜNƏ GƏLİR» - AMMA PROBLEMLƏR QALIR

ABŞ-la Türkiyə arasında sanksiyaların qarşılıqlı ləğvindən və türk lirəsinin məzənnəsinin yüksəlməsindən sonra Türkiyənin qiymətli kağızlar bazarı da dirçəlməyə başlayıb. 

FED.az xəbər verir ki, son 2-3 ay ərzində davam  edən dövrdə ölkəyə  investitsiya axını  azalmış, xarici investorlar öz səhmlərini İstanbul birjasından geri götürmüşdülər. İndi isə lirə ilə yanaşı, Türkiyənin fond bazarında da dirçəliş hiss edilir. 

Ölkənin aparıcı investisiya şirkətlərindən olan «PSG Kapital İnvestment Company»nun direktor müavini Cəfər İbrahimlinin FED.az-a verdiyi məlumata görə, sanksiya dövrü ilə müqayisədə fond birjasının göstəriciləri yüksəlib: «İstanbul birjası indeksi sanksiya dövründə 88 min lirə idisə , hal-hazırda 95 min lirədir».

C.İbrahimli bildirir ki, canksiya dövründə ölkədəki maliyyə göstəriciləri yaxşı deyildi, infilasiya yüksək idi, iqtisadi vəziyyət pisləşmiş, səhmlərin dəyəri düşmüşdü, bu da öz növbəsində ümumi birja indeksinin aşağı düşməsinə səbəb olmuşdu: «Ümumiyyətlə Türkiyədəki bu vəziyyətin səbəbi təkcə ABŞ-ın sanskiyaları deyildi, elə buna qədər də Türkiyədə son illərdə xalis ticarət defisiti var idi, üstəlik, seçki prosesi də özü ilə müəyyən risklər gətirmişdi. Bütün bu proseslərə ABŞ-ın sanksiyalarının əlavə olunması iqtisadiyyatın qırılma nöqtəsi oldu».

Ekspert bildirir ki, ABŞ sanksiyaları başa çatandan sonra lirənin enişi, yüksəliş və sabitləşmə ilə nəticələndi – ABŞ dollarının məzənnəsi 6,5 lirədən 5,4 lirəyə endi: «Aydın məsələdir ki, lirə əvvəlki dəyərini (1 ABŞ dolları 4 lirə idi) qazana bilməz, amma həm lirə, həm də İstanbul Birjası sabitləşib. Lakin buna baxmayaraq hələdə infliyasiya və faiz yüksək səviyyədədir».

«Onu da qeyd edim ki, hardasa son 3 həftə lirənin qiymətində baş verən dəyişmələr o qədər də ciddi deyil. Çünki bu gün və ya sabah 1-2% dəyər itirir və ya qazanır. Sanksiya dövründə olan müsbət ticarət saldosu da qısamüddətli dövr üçün xarakterikdir»-deyə C.İbrahimli vəziyyətin detallarını açıqlayır.

Ekspert bildirir ki, nə qədər qəribə səslənsə də, xarici investorların çox olması Türkiyə iqtisadiyyatının mənfi cəhətlərindən biridir və bu özünü göstərdi: «İstanbul Birjasındakı səhmlərin 60%-i məhz xarici investorlara məxsus idi. Sanksiyalar başlayanda, bu hal ölkədən kapital çıxmasına səbəb olub».

Ümumən Türkiyənin 452 mlrd xarici borcu var, bunun 100 milyard dolları dövlətin, qalanı özəl sektorun payına düşür. 

Üstəlik, ekspert bildirir ki, Türkiyədə lirənin dəyər itiməsi hələ qarşıdakı 1-2 il ərzində də davam edəcək: «Açıqcası İnkişaf Etməkdə Olan Ölkələr üçün vəziyyət heç də yaxşı görünmür. Səbəb isə həm ABŞ-da FED-in yüksək uçot dərəcəsi, həm də Avropa Mərkəzi Bankının yüksək faizləridir. Bunun da nəticəsində investorlar daha çox həmin ölkələrə yönəlir».

«İnvestorlar üçün əsas ölkədəki hüquq sistemi siyasi, iqtisadi sabitlik və digər amillər əsasdır. Digər tərəfdən də diqqət etdikləri əsas məsələ reytinq məsələsidir ki, bu göstərici ən azı «BBB» olmalıdır-deyə C.İbrahimli bildirir.


 

FED.az-ın «Birja» xəbərlərini Azərbaycanın aparıcı investisiya şirkəti olan PSG-Kapital Investisiya şirkəti təqdim edir.

 

Paylaş

Şərhlər

Şərh yoxdur

Cavab yaz