06 noyabr 2018 21:27

Zamirə Hacıyeva – HƏBS EDİLDİ

Beynəlxalq Bankın keçmiş sədri Cahangir Hacıyevin arvadı Zamirə Hacıyeva Londonda həbs edilib.
 
FED.az-ın məlumatına görə, 55 yaşlı Z. Hacıyevanın Britaniyadan Azərbaycana ekstradisiya edilməsi gözlənilir.
 
ELƏCƏ DƏ BAX: 55 min manat borca görə - YENƏ HƏBS EDƏCƏKLƏR
 
Z. Hacıyeva Londonun mərkəzində 15 milyon funt sterlinq dəyərində evdə yaşayır. Onun vəkilləri qadının "fırıldaqçı" olmadığını deyir.
 
O, Britaniyada ilk dəfə tətbiq edilən "İzahedilməz Sərvət Sərəncamı" (UWO) çərçivəsində həbs olunub.
 
Bu sərəncama əsasən o, var-dövlətinin hansı mənbədən əldə etdiyini açıqlamalıdır.
 
UWO, Britaniyada potensial çirkli pullara malik şübhəli korrupsioner xarici rəsmiləri hədəfləmək üçün yeni qanundur.

bbc.com

Paylaş

Şərhlər

Şərh yoxdur

Cavab yaz