06 noyabr 2018 13:18

Mikrokredit bazarına daxil olacaq - BOKTDAN AÇIQLAMA 

Oktyabr ayında 2 milyon manatlıq istiqraz yerləşdirən «EMBA Finans» Bank olmayan kredit təşkilatı (BOKT) ilin sonunadək daha 2 milyon manatlıq istiqraz buraxmaq niyyətindədir. Bu barədə FED.az-a BOKT-un idarə heyətinin üzvü Elnur Kazımov bildirib. 
Xatırladaq ki, BOKT-un 2 milyon manatlıq istiqrazları oktyabrın 8-də yerləşdirilib. 


Eləcə də bax: Azərbaycanda yeni istiqraz buraxıldı – İLLİK 10,5%, ŞƏRTLƏR

E.Kazımovun sözlərinə görə, istiqrazların buraxılması şirkətin böyüməsi və əlavə vəsaitləri ehtiyacın yaranması ilə əlaqədardır: «Şirkət böyüyür, keçən illə müqayisədə aktivlərimiz artır, kredit portfelimiz də artır, ona görə də şirkətin resurs bazası da böyüməli və diversifakasiya olunmalıdır». 

Eləcə də bax: Qeyri-bank təşkilatlarının (BOKT-lar) - MƏNFƏƏT-ZƏRƏRİ – RENKİNQ

Şirkət rəsmisi bildirir ki, vəsait cəlb etmək üçün, qiymətli kağızlar bazarı, bank kreditlərindən daha sərfəlidir. Onun sözlərinə görə, «EMBA Finans» istiqrazlarla cəlb etdiyi vəsaitləri kredit vermək üçün istifadə edəcək. 
«Kredit portfelimiz də böyüyüb, oktyabrın əvvəlində 19 milyon manata keçmişik, ilin əvvəlində 16 milyon kreditlərimiz 16 milyon idi, indi 19 milyona çatıb». 


Eləcə də bax: «Kredit vermək üçün normal müştəri tapmırıq» - AÇIQLAMA

Qeyd edək ki, «EMBA Finans» əsasən, mebel və məişət avadanlıqlarının satışı üçün məqsədli kreditlər ayırır. Mebel sahəsində şirkətin ən yaxın partnyoru «Embavud»dur. Məişət avadanlıqların sahəsində isə bütün iri oyunçularla işləyir. 

E.Kazımov bildirir ki, son 2-3 ildə maliyyə sektorunda baş verən dəyişikliklər və problemlər BOKT-un işinə ciddi təsir etməyib: «2015-ci ildən artımdayıq». Şirkətin problemli kredit portfeli də qaydasındadır və 5%-i keçmir, şirkət rəsmisi bunu menecmentin qənaətbəxş işi ilə izah edir. Xatırladaq ki, 6 filialı olan «EMBA finans» kreditləri illik 28%-lə ayırır. 
E.Kazımoun sözlərinə görə, gələcəkdə şirkət mikrokreit bazarına da daxil olmağı hədəfləyir: «Amma o perspektivdə olacaq, hələlik məqsədli kreditlər daha «təmiz» olur». 

FED.az-ın «Birja» xəbərlərini Azərbaycanın aparıcı investisiya şirkəti olan PSG-Kapital Investisiya şirkəti təqdim edir

Paylaş

Şərhlər

Şərh yoxdur

Cavab yaz