06 noyabr 2018 10:20

Özəl sektordan yığımlarımız 105%-dir – NAZİR

2018-ci ilin ilk 10 ayında Dövlət Sosial Müdafiə Fondunun yığımları ilə bağlı bəzi məqamlar açıqlanıb.

ELƏCƏ DƏ BAX: DSMF-nin pulunu da vergi işçiləri yığacaq


FED.az xəbər verir ki, dünən, noyabrın 5-də parlementin komitələrindəki büdcə müzakirələrində Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev bildirib ki, Fondun 2019-cu il üzrə büdcə gəlirləri 3 milyard 928 milyon manat məbləğində proqnozlaşdırılıb. Bu da 2018-ci ilin təsdiq olunmuş proqnozundan 9,7 faiz, 2018-ci ilin gözlənilən nəticəsindən isə 6,8 faiz daha çoxdur.

“Cari büdcənin icrası nəticəsində 10 aylıq rəqəmlərimiz göstərir ki, xüsusilə qeyri-büdcə təşkilatları üzrə icra 105 faizə yaxınlaşır və əlavə vəsait icranın daha yaxşı aparılması nəticəsində gələn ilə proqnozumuzun cari il proqnozu ilə fərqini daha da azaldır. Qeyd etməliyəm ki, bu vəsaitin böyük bir hissəsi - 97 faizi əhaliyə ödənişlərə yönəldiləcək”, - deyə S.Babayev söyləyib.

Paylaş

Şərhlər

Şərh yoxdur

Cavab yaz