07 dekabr 2016 11:47

Braziliyalı futbolçuların ölümündə günahkar olan aviaşirkət rəhbəri həbs olunub

Təyyarəsi Kolumbiyada qəzaya uğrayan "LaMia" aviaşirkətinin baş direktoru Qustavo Varqas Qamboa Boliviyada şirkətin iki əməkdaşı ilə birlikdə saxlanılaraq Santa Krus prokurorluğuna aparılıb.

RİA "Novosti"nin verdiyi xəbərə görə, ümumilikdə 6 nəfərə qarşı istintaq aparılır, onlardan üçünə qarşı həbs qətimkan tədbiri seçiləcək.

Həmçinin "LaMia"nın həmsahiblərindən olan Marko Roçiyə qarşı da istintaq gedir. Şirkətin üçüncü həmsahibi, pilot Migel Kiroqa təyyarə qəzasında həlak olub. O, təyyarəyə əlavə yanacaq doldurmamasına fikir verməyərək səhlənkarlıq etməkdə şübhəli bilinir.

Qeyd edək ki, ekspertlər artıq qəzanın səbəbi kimi laynerin çənində yanacağın olmamasını göstərib.

Xatırladaq ki, Kolumbiyanın Medelyin şəhərində baş verən qəza nəticəsində Braziliyanın "Şhapekoense" futbol komandasının üzvləri həlak olub.

Report©

Paylaş

Şərhlər

Şərh yoxdur

Cavab yaz

Xəbərlərə abunə ol

Xəbərlərə abunə ol və bizim eksklüziv təkliflərimiz emailinizə göndərilsin