31 oktyabr 2018 09:53

“Finca Azerbaijan” kapitalını artırıb

“Finca Azerbaijan” DKT bank olmayan kredit təşkilatının (BOKT) nizamnamə kapitalı 850 min manat və yaxud 29,25% artırılıb.

FED.az Vergilər Nazirliyinə istinadən xəbər verir ki, BOKT-un kapitalı 2 906 572 manatdan 3 756 572 manata çatdırılıb.

Xatırladaq ki, “Finca Azerbaijan” 2016-cı ilin yekununda 11,711 mln. manat məbləğində kapital çatışmazlığı ilə üzləşmişdi. BOKT-un 2017-ci ilin yekunundakı maliyyə göstəriciləri isə hələ açıqlanmayıb. 

Paylaş

Şərhlər

Şərh yoxdur

Cavab yaz