Azərbaycan Mərkəzi Bankının (AMB) «AG Banka»a dəstəyi bankın maliyyə vəziyyətinin sabitləşməsi tədbirləri çərçivəsində verilib. FED.az bildirir ki, bu barədə AMB-nin sədri Elman Rüstəmov AGBank-ın AMB qarşısında öhdəliklərinin 45 milyon manat olması ilə bağlı suala cavab olaraq bildirib.
E.Rüstəmovuun sözlərinə görə, bu dəstək Maliyyə Bazarlarına Nəzarət Palatasının çağırışı və təklifi ilə verilib: «Belə yardımlar başqa banklara da verilir. Özü də bankların vəziyyətini sabitləşməsi üçün dəstək tədbirləri təkcə bundan ibarət deyil, digər alətlərdən də istifadə edilir. O cümlədən valyuta svoplarından da istifadə olunur.