05 dekabr 2016 16:52

“TBC Credit” manatla istiqraz buraxır

Maliyyə Bazarlarına Nəzarət Palatası “TBC Credit” bank olmayan kredit təşkilatının (BOKT) istiqraz emissiyasını qeydə alıb. 

Nəzarət Palatasından bildirilib ki, emissiya hər birinin nominal dəyəri 100 manat olan 50 min ədəd (5 mln. manatlıq) sənədsiz, faizli, təmin edilməmiş istiqrazın buraxılışını nəzərdə tutur. 

Verilən məlumatlara görə, qiymətli kağızlar 2 il müddətində tədavüldə olacaq. Onların illik faiz dərəcəsi hərrac yolu ilə müəyyən ediləcək. İstiqrazlar üzrə faizlər 3 aydan bir ödəniləcək. Prosesin anderrayteri qismində “PAŞA Kapital” invesitisiya şirkəti çıxış edir. 

Xatırladaq ki, "TBC Credit" MMC 1999-cu ildə yaradılıb, Azərbaycanın aparıcı qeyri-bank kredit təşkilatlarından biridir. Onun nizamnamə kapitalı 10 mln. ABŞ dollarıdır. BOKT-un təsisçiləri qismində 75%-lik iştirak payı ilə Gürcüstanın aparıcı bankı olan "TBC Bank", eləcə də 25%-lik iştirak payı ilə ABŞ-ın "Enclude Holding"i (sabiq "ShoreBank International") çıxış edir. 

Paylaş

Şərhlər

Şərh yoxdur

Cavab yaz

Xəbərlərə abunə ol

Xəbərlərə abunə ol və bizim eksklüziv təkliflərimiz emailinizə göndərilsin