23 oktyabr 2018 20:08

Prezident Qobustanda yol tikintisinə 6,4 milyon  manat ayırdı – SƏRƏNCAM


Azərbaycan Respublikasının Prezidenti Ilham Əliyev “Qobustan rayonunun Qobustan–Poladlı avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında” sərəncam imzalayıb.
 
Fed.az-ın məlumatına görə, sərəncama əsasən beş min nəfər əhalinin yaşadığı 6 yaşayış məntəqəsini birləşdirən Qobustan–Poladlı avtomobil yolunun tikintisi məqsədi ilə Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 6,4 milyon  manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb.
 
ELƏCƏ DƏ BAX: Prezident büdcədən 3 milyon manat ayırdı

 

Maliyyə Nazirliyi sərəncamda göstərilən məbləğdə maliyyələşməni, Nazirlər Kabinetinə bu sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.

 

 

Paylaş

Şərhlər

Şərh yoxdur

Cavab yaz