23 oktyabr 2018 16:19

Tikinti şirkətinin mənfəəti 4 dəfə azalıb – HESABAT

“Cənubtikintiservis” ASC 2017-ci il üzrə hesabatını açıqlayıb.

FED.az “Cənubtikintiservis” ASC-in “Mənfəət və Zərər” haqqında hesabatına  əsasən xəbər verir ki, şirkətin əsas əməliyyat gəlirləri 2017-ci ildə ötən ilin eyni dövrünə nisbətən 2,10 dəfə azalaraq 5 mln 37,5 min manat, sair əməliyyat gəlirləri 39,43% azalaraq 587 min 327 manat, işçi heyəti üzrə xərclər isə 3,06% azalaraq 1 mln 241 min manata enib.

Şirkətin 2017-ci ildə digər əməliyyat xərcləri 822 min manat olub . Qeyd edək ki, şirkətin 2016-cı ildə digər əməliyyat xərcləri olmayıb.

Yekunda,  “Cənubtikintiservis” ASC-in xalis mənfəəti 2017-ci ildə 1 mln 762,4 min manat olub. Xatırladaq ki, şirkətin 2016-cı ildə xalis mənfəəti 7 mln 36,9 min manat  olub.

FED.az “Cənubtikintiservis” ASC-in “Balans” hesabatına əsasən bildirir ki, şirkətin cəmi aktivləri 55,11% artaraq 17 mln 345 min manat, cəmi kapital isə 12,88% artaraq 12 mln 211,5 min manata çatıb.

Xatırladaq ki, şirkətin  nizamnamə kapitalı 2017-ci ildə 1 mln 323,7 min manat olub.

Paylaş

Şərhlər

Şərh yoxdur

Cavab yaz