23 oktyabr 2018 16:12

“Хudat Balıq ” ASC-in səhmdarları yenidən toplanır - İCLAS

FED.az xəbər verir ki, “Хudat Balıq” ASC səhmdarlarının təkrar növbəti illik ümumi yığıncağı 23 noyabr 2018-ci il saat 14.00-da Xudat şəhəri, Müqtədir qəsəbəsində inzibati binada keçiriləcək.

  Gündəlikdə duran məsələlər:

•  “Хudat Balıq” Açıq Səhmdar Cəmiyyətinin 2017-ci maliyyə ili üzrə maliyyə-təsərrüfat fəaliyyətinin nəticələrinin təsdiq olunması.
•  “Xudat Bаlıq” Аçıq Səhmdar Cəmiyyətinin idarəetmə və nəzarət orqanlarının seçilməsi.

Səhmdarlar ümumi yığıncağın gündəliyi üzrə materiallarla iş günləri saat 10 .00-dan 18 .00-dək səhmdar cəmiyyətin Xudat şəhəri, Müqtədir qəsəbəsində inzibati binasında səhmdar cəmiyyətin direktoruna müraciət etməklə tanış ola bilərlər.
Yığıncaqda iştirak etmək vacibdir.

Ünvan: Xudat şəhəri, Müqtədir qəsəbəsi.
 
 

 

Paylaş

Şərhlər

Şərh yoxdur

Cavab yaz