21 oktyabr 2018 18:07

İranda nazirlər dəyişir - namizədlər məlum oldu

İran prezidenti Həsən Ruhani istefa verəm və işdən çıxarılan 4 nazirin yerinə müəyyənləşdirdiyi namizədlərin adlarını parlamentə səsverməyə göndərib.

FED.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, İqtisadiyyat və Maliyyə Nazirliyinə Fərhad Dejpəsənd, Əmək Nazirliyinə Məhəmməd Şəriətmədari, Nəqliyyat və Şəhərsalma Nazirliyinə Məhəmməd İslami, Sənaye Mədən və Ticarət Nazirliyinə isə Rza Rəhmaninin adlarını təyin edib.

Xatırladaq ki, nəqliyyat və şəhərsalma naziri Abbas Axundi 1 sentyabrda, sənaye, mədən və ticarət naziri Məhəmməd Şəriətmədari 23 sentyabrda Ruhaniyə istefa ərizələrini verib.

Ruhaninin kabinetində yer alan əmək naziri Əli Rəbi 8 avqust, iqtisadiyyat və maliyyə naziri Məsud Kerbasiyan da 26 avqustda parlamentdə keçirilən səsvermə ilə vəzifələrindən uzaqlaşdırılıb.

Paylaş

Şərhlər

Şərh yoxdur

Cavab yaz