21 oktyabr 2018 18:02

İranda bir şirkət 180 min dollar cərimələnib

İranın Yəzd vilayətində bir şirkət qaçaqmalçılıq ittihamı ilə 181 min dollar cərimə ödəməyə məhkum olunub. FED.az xəbər verir ki, İranın Yəzd Vilayəti Dövlət Şəri Cəzalardan Kənar Cinayətlər İdarəsinin baş direktoru Qulamrza Salari deyib.
Eləcə də bax: İranın daha 20 şirkətinə - ABŞ SANKSİYALARI

Onun sözlərinə görə, Yəzd vilayətinin qaçaqmalçılıq məhsulları ilə mübarizə üzrə istintaq polisi bir yük maşınında LED lampaları aşkarladıqdan sonra bu haqda məhkəməyə raport ünvanlayıb.
Eləcə də bax: İran vətəndaşları Azərbaycanda şirkətlər qururlar - SİYAHI

Şəhid Mədəni Mehriz şöbəsində cinayət işi araşdırılıb və birinci instansiya məhkəməsinin qərarı verilib. Həmin şirkətin icra direktoru 1 il şirkət fəaliyyətindən məhrum edilib və 181 min dollar cərimə ödəməyə məhkum olunub.
Eləcə də bax: Bu turistlərin pasportuna İran viza möhürü vurulmayacaq

Paylaş

Şərhlər

Şərh yoxdur

Cavab yaz