21 oktyabr 2018 16:36

BMW-dən yeni superavtomobil – X7 GƏLİR, QİYMƏT

BMW şirkəti özünün ən böyük yolsuzluq avtomobilini - X7 modelini təqdim edib. FED.az xəbər verir ki, X7 Bavariya avtomobil zavodunun tarixində ən böyük ölçülərə malik avtomobildir. Uzunluğu 5151 mm, eni 2000 mm və hündürlüyü 1805 mm olan bu avtomobil X seriyasında ən böyük premium SAV sayılır.
Eləcə də bax: Bakıda avtomobillərin ehtiyat hissələri BAHALAŞDI

X7 öz ölçülərinə görə, indiyədək aparıcı model sayılan x5-dən 23 santimetr uzundur. Bundan başqa, BMW X7  uzunluğuna görə, Mercedes GLS-ni, hətta «Cadillac Escalade»ni geridə qoyur, eninə görə də ona rəqib yoxdur. BMW X7  bu sektorda Mercedes GL/GLS, Range Rover və Lexus-la rəqabət aparacaq.  

Ən maraqlısı odur ki,  yeni avtomobil rəsmi olaraq 7 nəfərlikdir – buradakı oturacaqlar 3 sıra düzülüb. Maşının 6 nəfərlik versiyası da var, bu zaman ikinci sırada 3 deyil, 2 oturacaq olacaq.  
Eləcə də bax: Avtomobillərin texniki baxışında yenilik - VAXT UZADILIB

BMW X7-nin baza komplektasiyası premium modellərə xas olan bütün opsiyaları birləşdirir – salon dəridir, maşında bir neçə klimat-kontrol zonası, 3 hissəli panorama lük vəsair var. Əlavə opsiyalar isə daha çoxdur. X7-də eləcə də, BMW Laserlight  adlanan və işıq axınını elektron idarə etməyə imkan verən innovasiyalı lazer faraları var. Bu faralar yolda 600 metr məsafəni işqlandırmağa imkan verir.

Eləcə də bax: İkinci əl Mercedes-lərin bazardakı QİYMƏTLƏRİ

Avtomobil 4 mühərriklə buraxılacaq. Bunlar 8 silindirli 462 at gücü olan benzin, 6 silindrli 340 at güclü benzin, 6 silindrli 265 at güclü dizel və 6 silindrli 400 at güclü dizel. Avtomat sürət utusu 8 pilləlidir. Avtomobilin asqısı avtomatik tənzimlənir və onun vasitəsilə maşının hündürlüyünü 8 santimetr qaldırıb endirmək olur. 

Bundan başqa, müxtəlf yollarda hərəkət üçün 4 proqram var -  xSand, xGravel, xRocks i xSnow. Bunlar maşını qarda, qum örtüklü, daşörtüklü və zırda daşlı yollarda idarə etməyə imkan verir. Rusiyada bu avtomobillərin qiymətləri 90-115 min dollar arasında dəyşəcək.
Eləcə də bax: Audi Q7-nin böyük "qardaşı" Bakıda: Q8 təqdim edildi - QİYMƏTLƏR

BMW X7-lər ABŞ-da, BMW-nin Spartanberqdəki zavodunda yığılacaq, satışa 2019-cu lin martında çıxarılacaq.



Paylaş

Şərhlər

Şərh yoxdur

Cavab yaz