20 oktyabr 2018 12:52

Şamaxıda təmir işləri – TENDER ELANI

FED.az xəbər verir ki, Şamaxı Rayon İcra Hakimiyyəti 2018-ci ildə Şamaxı şəhərində bir yaşayış binasının dam örtüyünün təmirinin satınalınması üçün AÇIQ TENDER ELAN EDİR:

Tender 1 lot üzrə keçirilir.
Lot - 1. Şamaxı şəhərində bir yaşayış binasının dam örtüyünün təmirinin satınalınması.


Tender iştirakçılarına təklif olunur ki, öz tender təkliflərini möhürlənmiş, imzalanmış ikiqat zərflərdə yazılı surətdə təqdim etsinlər. Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar.
Tenderdə iştirak etmək istəyənlər aşağıdakı məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş tenderin əsas şərtlər toplusunu Şamaxı şəhəri, H.Əliyev küçəsi 27 nömrəli ünvanda Şamaxı Rayon İcra Hakimiyyətindən (əlaqələndirici şəxs: Gülnisə Ələkbərovadan, telefon: 
02026-5-25-77) ala bilərlər.


İştirak haqqı 200 manatdır.


İddiaçılar iştirak haqqını aşağıdakı ­hesaba köçürməlidirlər:
A1.Emitent (ödəyən) bank
Adı: Şamaxı YXO
Kod: 210005
VÖEN: 1401555071
M\h: AZ41NABZ 01360100000000003944
S.W.İ.F.T.BİK.CTREAZ22
B1.Ödəyən müştəri
Adı: Şamaxı RİH
H/h: AZ69CTRE00000000000002512731
VÖEN: 8400015691


İştirak haqqı heç bir halda geri qaytarılmır.
İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri 8 noyabr 2018-ci il saat 17.00-dək təqdim etməlidirlər:
- tenderdə iştirak etmək üçün ərizə;
- tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;
- tender təklifi (zərflərin açıldığı tarixdən ən azı 30 bank günü müddətində qüvvədə olmalıdır);
- tender təklifi dəyərinin 2 faizi həcmində (təklifin təminatı) bank zəmanəti (zərflərin açıldığı tarixdən ən azı 60 bank günü müddətində qüvvədə olmalıdır);
- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanı tərəfindən arayış;
- iddiaçının son bir il ərzində maliyyə vəsaiti barədə bank tərəfindən verilmiş arayış;
- iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;
- analoji işlərdə təcrübəsi, iddiaçının potensial texniki və kadr imkanları haqqında məlumat.


Sənədlər Azərbaycan dilində, 2 nüsxədə (əsli və surəti) tərtib olunmalıdır (xarici dildəki tender təklifləri Azərbaycan dilinə tərcümə olunmalıdır).


Tender proseduru “Dövlət satınalmaları haqqında” Qanuna uyğun keçiriləcəkdir.
 İddiaçılar tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri əlavə iş cədvəli, tender təklifi və bank zəmanətini möhürlənmiş ikiqat zərfdə 19 noyabr 2018-ci il saat 17.00-a qədər təqdim etməlidirlər.


Yuxarıda göstərilən tarixdən gec təqdim olunan zərflər açılmadan geri qaytarılacaqdır.
Təklif zərfləri 20 noyabr 2018-ci il saat 10.00-da yuxarıda göstərilən ünvanda açılacaqdır.
İddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.
 

 

Paylaş

Şərhlər

Şərh yoxdur

Cavab yaz