20 oktyabr 2018 12:48

İmtahan Mərkəzi auditor axtarır - KOTİROVKA

FED.az xəbər verir ki, Dövlət İmtahan Mərkəzi 2018-ci il üzrə maliyyə hesabatının Beynəlxalq Audit Standartlarına uyğun auditinin həyata keçirilməsi xidmətinin satınalınması üçün kotirovka sorğusu elan edir:

İddiaçı kimi iştirak etmək istəyənlərə təklif olunur ki, öz kotirovka təkliflərini möhürlənmiş və imzalanmış zərfdə təqdim etsinlər. Müqaviləni yerinə yetirmək üçün sorğu iştirakçıları lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar.

Kotirovka sorğusunda iştirak etmək üçün tələb olunan sənədlər:
• nizamnamənin surəti (notarial qaydada təsdiq olunmuş); 
• kommersiya hüquqi şəxsin dövlət qeydiyyatı haqqında şəhadətnaməsinin surəti (notarial qaydada təsdiq olunmuş); 
• kommersiya hüquqi şəxsin rekvizitləri (möhürlənmiş və imzalanmış şəkildə) ;
• kommersiya hüquqi şəxslərin dövlət reyestrindən çıxarış (notarial qaydada təsdiq olunmuş) ; 
• vergi uçotu haqqında arayış (ƏDV ödəyicisi olmayan təşkilatlar üçün); 
• iddiaçının tender təklifi.

Təkliflər Azərbaycan dilində, 2 nüsxədə (əsli və surəti) tərtib olunmalıdır (xarici dildəki təkliflər Azərbaycan dilinə tərcümə edilməlidir). Kotirovka sorğusu proseduru “Dövlət satınalmaları haqqında” qanuna uyğun keçiriləcəkdir. İddiaçılar kotirovka sorğusunda iştirak etmək üçün sənədləri 1 noyabr 2018-ci il saat 15.00-dək M. Müşfiq küçəsi 1M nömrəli ünvana (əlaqələndirici şəxs: İlham Əliyevə, telefon 012-502-47-53/56/58, daxili 144) təqdim etməlidirlər.

Göstərilən müddətdən gec təqdim olunan kotirovka təklifləri baxılmadan geri qaytarılacaqdır. İddiaçılar,yaxud onların səlahiyyətli nümayəndələri 2 noyabr 2018-ci il saat 11.00-da zərflərin açılışında iştirak edə bilərlər.
 

 

Paylaş

Şərhlər

Şərh yoxdur

Cavab yaz