20 oktyabr 2018 12:34

"PAŞA Bank"ın Landmark-da yeni Biznes Mərkəzi açıldı

PAŞA Bank ASC-nin yeni Landmark Biznes Mərkəzi artıq xidmətinizdədir. Biznes Mərkəzi Bakı şəhəri Səbail rayonu, Nizami küçəsi 96E Landmark I, AZ1010 ünvanında yerləşir və həftə içi hər gün saat 09:30-dan 17:00-a qədər müştərilərin xidmətində olacaq.

FED.az xəbər verir ki, yeni Biznes Mərkəzi Bankın korporativ seqmenti müştəriləri ilə yanaşı fiziki şəxslərə də geniş çeşidli bank xidmətlərinin göstərilməsi üzrə ixtisaslaşacaq.

Həmçinin qeyd edək ki, yeni Biznes Mərkəzin istifadəyə verilməsi çərçivəsində PAŞA Bankın Port Baku Biznes Mərkəzinin fəaliyyətinin formatı dəyişdiriləcək. Bankın Port Baku Biznes Mərkəzində Private Banking müştərilərinə, eləcə də PAŞA Bank əməkhaqqı kartlarına sahib olan fiziki şəxslərə xidmət göstəriləcək.

Əlavə məlumat üçün Bankın Biznes Mərkəzlərinə və ya *8123 / (+99412) 4965004 (korporativ müştərilər üçün),  *9123 / (+99412) 4965000 (fərdi müştərilər üçün) Əlaqə Mərkəzinə müraciət edə bilərsiniz.

Paylaş

Şərhlər

Şərh yoxdur

Cavab yaz