20 oktyabr 2018 11:52

Tramp Səudiyyəyə qarşı sərt addım atmağa ehtiyat edir - “450 milyard dollarlıq sifariş veriblər”

ABŞ prezidenti Donald Tramp ərəb jurnalist Camal Qaşıqçının qətlə yetirilməsi ilə bağlı açıqlama verib.

“FED.az” xəbər verir ki, o, bu hadisənin hansı nəticələr yaradacığını söyləmək üçün çox tez olduğunu deyib:

“Qaşıqçı hadisəsi ilə bağlı verəcəyimiz qərarlara Konqres də daxil olacaq. Sanksiyaların tətbiq olunması nəzərdən keçirilə bilər”.

Tramp sərt addımlar atılmasına qarşı ehtiyatlı danışıb və Konqresə tövsiyyələr verəcəyini bildirib:

“Çox zəngin ölkədən, Səuiyyə Ərəbistanından 450 milyard dollarlıq sifarişimiz var. Bu, 600 min nəfər üçün yeni iş yeri deməkdir”.

Qeyd edək ki, C.Qaşıqçı səud hökumətinə qarşı sərt mövqeyi ilə tanınan müxalifətçi jurnalist olub. O, konsulluğa evlənmək üçün lazım olan sənədləri almağa gedib. Lakin ondan bir daha xəbər tutmaq mümkün olmayıb.

2 oktyabr günü Səudiyyə Ərəbistanından Türkiyəyə 2 xüsusi təyyarədə ümumilikdə 15 nəfər gəlib. Məlumata görə, onlar Qaşıqçının qətlə yetirilməsi “sifarişini” həyata keçirdikdən sonra geri qayıdıblar.
qafqazinfo.az

Paylaş

Şərhlər

Şərh yoxdur

Cavab yaz