20 oktyabr 2018 11:41

"Bank of Baku"nun aktivləri azalıb - RƏSMİ HESABAT 

Azərbaycanın ən iri banklarından olan “Bank of Baku” 2018-ci ilin 3-cü rübü üzrə maliyyə  nəticələrini açıqlayıb.
FED.az “Bank of Baku”nun rəsmi internet səhifəsində yerləşdirdiyi “Mənfəət və Zərər” haqqında hesabatına istinadən xəbər verir ki, 2018-ci ilin ilk 9 ayında bankın faiz gəlirləri 31 mln. 35 min manat, faiz xərcləri 11 mln. 22 min manat olub. Yekunda, xalis faiz gəlirləri 2018-ci ilin 3-cü rübündə cari  ilin əvvəli ilə müqayisədə 34,71% azalaraq 20 mln. 13 min manata enib.

2018-ci ilin ilk 9 ayında qeyri-faiz gəlirləri 2 mln. 54 min manat, qeyri-faiz xərcləri isə 46 mln. 137 min manat təşkil edib. Mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatın yaradılmasına ayırmalar 26 mln. 748 min manat olub.
Yekunda, “Bank of Baku”un 2018-ci ilin ilk 9 ayında xalis mənfəəti 3 mln. 128 min manat təşkil edib. Xatırladaq ki, bankın 2018-ci ilin 2-ci rübündə xalis mənfəəti 1 mln. 814 min manat olub, bank 2017-ci ili isə 35 mln. 428 min manat zərərlə başa vurub.

FED.az “Bank of Baku”ın “Balans” hesabatına əsasən bildirir ki, bankın 2018-ci ilin 3-cü rübündə cəmi aktivləri ilin əvvəlinə nisbətən 24,57% azalaraq 301 mln 606 min manata enib, cəmi kapital isə 8,06% artaraq 39 mln 534 min manata yüksəlib.
Bankın kredit portfeli 2018-ci ilin ilk 9 ayında 193 mln 198 min manat təşkil edib.

 

Paylaş

Şərhlər

Şərh yoxdur

Cavab yaz