20 oktyabr 2018 10:31

Bitcoin bir qədər bahalaşdı

Son bir sutka ərzində, dünyanın əsas kriptovalyutası sayılan Bitcoinin qiyməti artıb.
 
FED.az xəbər verir ki, Bitcoin  bu gün 0,33 % dəyər qazanaraq  6 470 dollar olub.

Eyni zamanda Bitcoin Cash və Etherum da yüksəlib.

Bitcoin cash 1,29 % artaraq 440 dollar, Etherumun  1,12 % bahalaşaraq 204 dollar təşkil edib.

Ümumilikdə isə bazar dəyərinə görə dünyanın 100 əsas kriptovalyutasından 28-i ucuzlaşıb qalan 72-i isə bahalaşıb.

Hazırda kriptovalyuta bazarının ümumi dəyəri 208 761 367 381 $ -dır.
 
FED.az-ın «Birja» xəbərlərini Azərbaycanın aparıcı investisiya şirkəti olan PSG-Kapital Investisiya şirkəti təqdim edir
 

Paylaş

Şərhlər

Şərh yoxdur

Cavab yaz